Severodonetskin ətrafında mühasirə təhlükəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Luqansk vilayətinin hərbi idarəsinin rəhbəri Sergey Qayday deyib.
“Belə bir riskin olduğunu düşünmürəm. Hələ də Lisiçanska geri çəkilmək imkanı var, ona görə də hərbçilərin bölgənin ətrafında mühasirəyə alınması təhlükəsi yoxdur", - OVA rəhbəri bildirib.
Həmçinin, onun sözlərinə görə, şəhərin bir hissəsi Rusiya qoşunlarının nəzarətindədir. Bununla belə, Qayday Ukrayna müdafiə qüvvələrinin müqaviməti davam etdirdiklərini deyib.
“Bir neçə gün əvvəl iddia edirdilər ki, bütün şəhəri ələ keçiriblər, belə bir şey yoxdur. İgid oğullarımız oradadırlar. Üstəlik, onların hücumlarını dəf edirlər, yəni işğalçılar sərbəst hərəkət edə bilmirlər”, - idarə rəisi bildirib.
Qayday əlavə edib ki, ruslar Severodonetsk ətrafındakı əraziləri, xüsusən də ətraf kəndləri ələ keçirmək üçün əməliyyat planlaşdırırlar.