Avropa İttifaqı Rusiya neftinin tədarükünə qismən embarqo qoyulması ilə bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, Rusiya neftinə qismən embarqoya görə adı çəkilən ölkənin itkiləri ildə təxminən 22 milyard dollar təşkil edəcək. Belə ki, Rusiya dənizdə neft ixracına qoyulan qadağadan təxminən 10 milyard dollar, “Drujba” neft kəmərinin şimal qolu vasitəsilə tədarükün dayandırılmasından isə daha 12 milyard dollar itirə bilər.
Agentliyin məlumatına görə, 2021-ci ildə Rusiya özünə məxsus magistral boru kəməri ilə Avropanın neft emalı zavodlarına gündə təxminən 720 min barrel neft tədarük edib.
“Bloomberg”in hesabladığı kimi, Rusiya neftini artıq endirimlə – ənənəvi qiymətdən təxminən 34 dollar ucuz qiymətə satılan Asiya bazarına yönləndirmək məcburiyyətində qalacaq.