1 Dekabr 2014 00:18
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Türkiyə kürdlərin hüquqlarını təmin etsə, qarşıdakı bir neçə ay ərzində Ankara ilə sülh əldə oluna bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası – PKK-nın həbsdə olan lideri Abdullah Öcalan deyib.

Onun fikrincə, 40 mindən çox insanın ölümünə səbəb olmuş və Türkiyənin cənub-şərqində öz dövlətinin qurulmasını tələb edən 30 illik üsyançı kürd hərəkatına son qoya biləcək danışıqlar üçün bu addım önəmlidir. O, qeyd edib ki, bu məsələ demokratik yolla həllini 4-5 ay ərzində tapa bilər.

Öcalan dövlət rəsmiləri ilə danışıqlarının detallarını açıqlamayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər