1 Dekabr 2014 10:49
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Liege şəhəri yaxınlığındakı Tihange atom elektrik stansiyasında yanğın olub.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, min meqavat tutumlu Tihange stansiyasının 3 nüvə reaktorunun transformatorunda başlayan, səbəbi məlum olmayan yanğın zamanı təhlükəsizlik tədbirləri üçün ətraf ərazilərdə yaşayan və stansiyada işləyənlər evakuasiya edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı dövlət təhlükəsizlik idarəsində araşdırmalar başlayıb.

Samir


Müəllif: