1 Dekabr 2014 11:46
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sutka ərzində separatçılar 41 dəfə Ukrayna antiterror əməliyyatları mərkəzinin mövqelərin hücum ediblər.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, hücumlar zamanı Ukrayna ordusunun mövqelərinə artilleriya, minemyot və "Qrad" qurğularından Ukrayna ordusunun mövqelərinə atəşə açılıb.

"Düşmənin aktivliyi Luqans, Donetsk, Debalçevsk və Mariupol istiqamətində müşahidə edilib", - antiterror əməliyyatları mərkəzindən bildirilib.

Xəbərə görə, separatçılar Donetsk aeroportuna hücumları davam etdirir: "Aeroporta hücumda Rusiyanın xüsusi təynatlıları da cəlb edilib. Ukrayna ordusu növbəti dəfə onların hücumunu dəf edib. Hücum edənlər böyük itki verərək, geri çəkiliblər".

Ukrayna hərbşilərinin bildirdiyinə görə, Mariupolda da vəziyyət onların nəzarəti altındadır.

Nihad


Müəllif:

Oxşar xəbərlər