1 Dekabr 2014 14:42
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyənin Van vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanada uşağının yanında qalan Filiz Ören həyat yoldaşı tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Polisin məlumatına görə, hadisə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzi Beyin Cərrahiyyəsi Servisində baş verib. Rahmi Ören uşağının yanında qalan Filiz Örenin boğazını kəsib. Filiz Ören xəstəxananın təcili xidmətinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayətdən sonra şübhəli Rahmi Ören nəzarətə alınıb. Hadisə ilə bağlı araşdırma başlayıb.

Kişi həyat yoldaşının başqası ilə əlaqəsi olduğunu deyib. "Onu namus üstündə öldürdüm. Başqası ilə münasibəti olduğunu bilən kimi onu da, sevgilisini də öldürdüm".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər