4 İyul 2022 16:05
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətinin yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulması barədə qərarı qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hökumətin buğda və arpanın ixracını qadağan edən fərmanında heç bir dəyişiklik edilməyib, qərar bu gün qüvvəyə minib”, - qeyd olunub.

Gürcüstan hakimiyyəti iyunun sonunda buğda və arpa ixracına qadağa tətbiq etmək qərarına gəlib. Qadağa 2023-cü ilin iyul ayına qədər qüvvədə olacaq. Hökumətin fərmanında Gürcüstanda istehsal olunan qarğıdalının respublikadan ixracına qadağa qoyulmayıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2021-ci ildə respublika 1,4 min tondan çox buğda ixrac edib. 2021-ci ildə Gürcüstanda əkilən buğdanın ümumi miqdarı 136,1 min ton təşkil edib.

Qeyd olunur ki, hər il Gürcüstan 650.000 yon buğda istehlak edir. Respublika özünü yalnız 15% təmin edir. Qalanı idxaldır ki, onun da 90%-dən çoxu Rusiyanın payına düşür.

Gürcüstandan arpa əsasən İraq və İrana ixrac olunur. Bu il respublikada 60 min ton arpa toplanacağı gözlənilir.


Müəllif: Nemət