2 Dekabr 2014 23:45
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası Pavel Klimkini ölkənin xarici işlər naziri vəzifəsində təsdiqləyib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Klimkin bu vəzifəni təkrar icra edəcək, onun namizədliyini 351 deputat dəstəkləyib.

Qeyd edək ki Ukrayna Nazirlər Kabinetində 3 xarici vətəndaş da yer alıb. Belə ki, ölkənin Səhiyyə Nazirliyinə Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili rəhbərlik edəcək. Litva vətəndaşı Ayvaras Abramaviçus Ukraynanın iqtisadi inkişaf naziri təyin olunub. Ölkənin Maliyyə Nazirliyi isə ABŞ vətəndaşı Nataliya Yareskoya həvalə edilib.

Ukraynanın energetika naziri vəzifəsinə Vladimir Demçişin, DİN rəhbəri vəzifəsinə isə yenidən Arsen Avakov təyin edilib.


Müəllif:

Oxşar xəbərlər