İraqdakı “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr idarəetmə sisteminin və konstitusiyanın dəyişdirilməsini tələb edib.
Teleqraf.com xəbər verir ki, Sədr İraqın təhlükəsizlik qüvvələri, “Həşd əş-Şabi” qruplaşması və müxtəlif icmalardan olan tərəfdarlarından Bağdadda keçirilən aksiyalara dəstək vermələrini və iştirak etmələrini istəyib.
Konstitusiyanın dəyişdirilməsinə və parlament rejimindən imtinaya çağıran İraq şiələrinin lideri hansı idarəetmə sistemini istədiyini açıqlamayıb.
Sədrin bəyanatından sonra yüzlərlə tərəfdarı Bağdad küçələrinə ("Yaşıl Zona") axışmağa başlayıb.
Müqtəda əs-Sədr tərəfdarları dünən İrana yaxın siyasi təşkilatı olan “Koordinasiya Çərçivəsi”nin baş nazir namizədi elan edilən Məhəmməd Şiə əs-Sudaniyə etiraz edərək, parlament binasında önündə müddətsiz oturaq aksiyasına başlayıblar.
“Koordinasiya Çərçivəsi” Sədrə dialoq çağırışları edib.
Minlərlə Sədr tərəfdarı son bir həftədə “Yaşıl Zona”ya ikinci dəfə basqına keçib.
Müqtəda əs-Sədr İraqdakı mövcud böhranın memarı hesab olunur.