2 Avqust 2022 12:34
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna öz müstəqilliyi və ərazi bütövlüyü baxımından Rusiyaya heç vaxt güzəştə getməyəcək. Növbəti aylar müharibədə həlledici olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri işğalçılar tərəfindən ələ keçirilən bütün əraziləri geri qaytarmaq üçün cənubda əks-hücum əməliyyatını aktivləşdirir.

Yermak əlavə edib ki, uzun sürən müharibə rus qoşunlarına üstünlük əldə etmək imkanı verəcək.

Prezident Ofisinin rəhbərinin sözlərinə görə, döyüşlər qışa qədər davam edərsə, Ukrayna qoşunlarının öz ərazilərini geri alması getdikcə çətinləşəcək.

Yermak bildirib ki,müzakirələr bütün mümkün tədbirləri görməyə və hərbi əməliyyatların gedişində irəliləyişə nail olmağa yönəlib. O, ABŞ və Qərb müttəfiqlərini Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb və qeyd edib ki, Kreml enerji ixracından sanksiyaları ləğv etmək üçün rıçaq kimi istifadə etməyə davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər