Çin Tayvan boğazı zonasını mülki təyyarələr üçün bağlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi saat 18:43 radələrində Tayvana gələcək. .
“China Times” yazıb ki, Tayvan rəhbərliyi daha öncə Pelosinin səfərini ləğv etməyə çalışıb. Nəşrin məlumatına görə, hakim Demokratik Tərəqqi Partiyasının nümayəndələri amerikalı siyasətçinin dəvətini gizli şəkildə geri götürüblər, lakin sonda o, öz səfərində israr edib.
Çin də öz növbəsində amerikalı rəsmini adaya səfər etməməsi barədə dəfələrlə xəbərdarlıq edərək, bununla ABŞ-ın Çinin Tayvan üzərindəki suverenliyinə meydan oxumağa çalışdığını vurğulayıb.