1 Avqust 2022 12:52
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin “gizli sevgilisi” Alina Kabayevanı da sanksiya siyahısına daxil edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Vladimir Putinin gizli sevgilisi və uşaqlarının anası olduğu iddia edilən Alina Maratovna Kabayevanı sanksiya siyahısına salıb.

ABŞ Maliyyə Nazirliyi Kabayevanın Rusiyada yüksək vəzifəli məmur olmasına və Putinlə yaxın münasibətinə görə sanksiya siyahısına salındığı bildirilib.

Keçmiş gimnast və deputat olan 39 yaşlı Alina Kabayeva hazırda Kremlyönlü media qrupunun rəhbəridir.

Bir çoxları Putinin iki yetkin qız anası olan keçmiş birinci xanım, 62 yaşlı Lyudmila ilə evliliyinin pozulmasına Kabayevanın səbəb olduğunu bildirirlər.

Bundan əvvəl Avropa İttifaqı və Böyük Britaniya Alina Kabayevanı sanksiyalar siyahısına salıb.

Aprel ayında isə ABŞ Putinin iki qızına sanksiya tətbiq etmək qərarına gəlib.


Müəllif: Nemət

Oxşar xəbərlər