Rusiyanın ələ keçirdiyi Zaporojye AES-də vəziyyət hər keçən gün daha da ciddiləşir.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi "Sky News"ə bildirib.
O qeyd edib ki, bütün nüvə təhlükəsizliyi prinsipləri pozulub: "Son dərəcə ciddi və təhlükəli vəziyyət yaranıb".
MAQATE rəhbəri stansiyanın yaxınlığındakı mərmilərə işarə edib: "Hazırda AES-ə Rusiya nəzarət edir, lakin ukraynalı kadrlar orada saxlanılır, bu da münaqişələrə və iddia edilən zorakılığa səbəb olur".
Qrossi əlavə edib ki, MAQATE-nin işçilərlə müəyyən əlaqəsi var: "Lakin o, “heterogendir”. AES-ə avadanlıq və ehtiyat hissələrinin tədarükü zənciri kəsilib, ona görə də “stansiyanın lazım olan hər şeyi aldığına əmin deyilik”.