3 Avqust 2022 16:33
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Çinin artan hərbi fəaliyyətləri və “ağıllı müharibə” taktikası ilə bağlı hesabat yayımlayıb.

Teleqraf.com xəbər verir ki, Tokionun bu yaxınlarda açıqladığı 2022-ci il müdafiə hesabatında süni intellektlə dəstəklənən “ağıllı müharibə”nin Çinin hərbi sistemləri və texnologiya proqramlarına təsir göstərə biləcəyi deyilib.

“Çinin hərbi fəallığı və müdafiə siyasəti bölgə, o cümlədən, Yaponiya və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğuran məsələyə çevrilib və bu tendensiya son illərdə daha da güclənib”, - hesabatda bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər