Ukrayna ətrafında yaranmış hazırkı vəziyyətdə Rusiya qalib gələcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
NATO baş katibi Yens Stoltenberqə cavab verən Rusiya rəsmisi bildirib:
“Onun yaddaşı pisdir. Onda mən də İkinci Dünya Müharibəsində kimin qalib gəldiyini unutmuşam. Tarix təkrarlanacaq”.
Bundan əvvəl Stoltenberq Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiyanın məğlub olacağını söyləyib:
“Ukraynadakı münaqişə İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli məqamdır və Rusiyanın qalib gəlməsinə icazə verilə bilməz”.
NATO baş katibi Rusiyanın mütləq məğlub olacağını vurğulayıb.