4 Avqust 2022 21:13
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla yeni nüvə sazişi üzrə danışıqların bərpası səylərinin davam etdiyi vaxtda Tehranın son razılığa gəlmək üçün irəli sürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın terror təşkilatları siyahısından çıxarmaq israrından əl çəkdiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı nüvə müzakirələrindən xəbərdar olan rəsmi mənbəyə istinad edən “Wall Street Journal” İranın razılaşma xaricində irəli sürdüyü tələblərindən birindən imtina etdiyini yazıb.

“İran hələlik SEPAH-ın ABŞ-ın terror təşkilatları siyahısından çıxarılması tələbini kənara qoymağa razılaşıb, amma yenə də Vaşinqtonun sazişdən çıxmayacağına və ya Tehrana qarşı sanksiyaları bərpa etməyəcəyinə dair daha güclü təminat istəyir”, - mənbə nəşrə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər