5 Avqust 2022 16:35
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Soçidə iki lider arasın da görüş başlayıb.

Putin görüşdə Ərdoğana taxıl, o cümlədən Rusiya məhsulları və gübrələrin tədarükü ilə bağlı razılaşmaların əldə edilməsində oynadığı rola görə təşəkkür edib.

Rusiya prezidenti Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı haqqında memorandum imzalamağı planlaşdırdığını açıqlayıb.

Ərdoğan Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərdə yeni səhifə açacağına ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu