“Biz iki ölkə arasında bütün sahələrdə əlaqələri müzakirə etməyi və necə irəliləyəcəyimiz məsələsinə dair yaranan suallara son qoymağı planlaşdırırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
“Türkiyə və Rusiyanın ətrafındakı bölgədə oynadığı rolu nəzərə alaraq bugünkü danışıqlarımız vacibdir. Ümid edirəm ki, ikitərəfli münasibətlərdə yeni səhifə açacağıq. İki ölkə arasında bütün sahələrdə əlaqələri müzakirə etməyi və necə irəliləyəcəyimiz məsələsində yaranan suallara son qoymağı planlaşdırırıq”, - Ərdoğan bildirib.