4 Dekabr 2014 03:40
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada koalisiya partiyaları parlamentdən Fələstinin "uyğun zamanda tanınmasını" tövsiyə edən bir qərarı keçirmək mövzusunda razılığa gəlib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, bu barədə Fransa KİV məlumat yayıb. "Le Soir" qəzeti hökumətə yaxın qaynaqlara söykənərək, gələn həftə parlamentdə gözlənilən qərarın qəbul ediləcəyi, bunun ardından hökumətin Fələstinin müstəqilliyini tanımaq məsələsində çox gözləməyəcəyini yazıb.

Belçika Baş nazirinin müşaviri və Xarici işlər naziri Didier Reynders mətbuata açıqlamasında "Belçika uzun müddətdir Fələstin dövlətini tanımaqla bağlı bir layihəyə parlamentdə baxmağa hazırlaşırdı" deyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər