6 Avqust 2022 11:30
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) rəhbəri Panayotis Kontoleon bir jurnalist və siyasətçiyə qarşı telefon dinləmə skandalı ifşa edildikdən sonra istefa verib.

Teleqraf.com xəbər verir ki, Kontoleon istefa ərizəsini “məlumat toplama prosesində diqqətsizlik” səbəbilə Baş nazir Kiryakos Mitsotakisə təqdim edib.

Xarici İşlər Nazirliyinin baş katibi Femistoklis Demiris 2019-cu ilin avqust ayından EYP rəhbəri vəzifəsini icra edən Kontoleonu əvəz edəcək. Demirisin yay tətilindən sonra baş verənlərlə bağlı Yunanıstan parlamentinin Təsisatlar və Şəffaflıq Komitəsini məlumatlandırması gözlənilir.

Kontoleonun parlamentin müvafiq komitəsinə rəhbərlik etdiyi qurumun jurnalist Tanasis Koukakisin telefonunu dinlədiyini bildirdiyi iddia olunurdu. Müxalif KINAL hərəkatının lideri, Avropa Parlamentinin (AP) üzvü Nikos Andrulakis də eyni iddia ilə Ali Məhkəməyə müraciət etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər