ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri “böhran yaratmaq və regionda hərbi mövcudluğu artırmaq” məqsədi daşıyıb.
Teleqraf.com xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.
“Birləşmiş Ştatlar Pelosinin gözlənilməz səfərini planlaşdırmaqla yenidən köhnə hiylə işlətdi və indi bölgədə hərbi mövcudluq yaratmaq fürsətindən istifadə etdi. Bu da bütün tərəflərin sayıq olmasını və sərt cavab verilməsini tələb edir. Çinin öz suverenliyini qorumaq üçün gördüyü tədbirləri qanunidir".