8 Avqust 2022 13:14
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Dalderin “Politico”da Türkiyənin xarici siyasəti ilə bağlı təhlili dərc edilib.

Teleqraf.com xəbər verir ki, hazırda “Çikaqo” beynəlxalq münasibətlər şurasının sədri olan Dalder Prezident Rəcəb Tayyib Ərdoğanın “çətin müttəfiq”ə çevrildiyini, amma Türkiyənin NATO üçün strateji önəminin bəlli olduğunu yazıb.

“Türkiyə: Birlikdə yaşamaq çətindir, onsuz yaşamaq isə mümkün deyil” adlı məqalədə Ərdoğanın ötən ay Qərbin düşmənləri olan Rusiya lideri Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi ilə görüşdüyü, bir neçə gün sonra isə BMT baş katibi Antonio Quterreşlə Ukrayna ilə taxıl sazişinin imzalanması mərasimində iştirak etdiyi xatırladılıb.

Ərdoğanı “birdən-birə dəyişən lider” kimi xarakterizə edən Dalder Türkiyənin diplomatik sahədə pozucu təsirinə baxmayaraq, Şərq və Qərbdəki müxtəlif aktorlarla sıx əlaqələrinin ölkəyə böyük siyasi dəyər qatdığını vurğulayıb.

Amerikalı diplomat Türkiyənin NATO-nun ikinci ən böyük hərbi gücü olduğunu, Ərdoğanın prezident seçilməsi ilə xarici siyasətdə daha sərt addımlar atdığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu