4 Dekabr 2014 10:20
2 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-nə keçən gecə Rusiyanın Çeçen Respublikasının paytaxtı Qroznıda fövqəladə vəziyyət yaranıb. Üç avtomobillə hərəkət edən yaraqlılar yol polisi postuna hücum ediblər. Silahlı toqquşmada 3 polis öldürülüb, ardınca yaraqlılar şəhərdəki Mətbuat Evini ələ keçiriblər.


Qroznının mərkəzindəki Mətbuat evində polis əməkdaşları tərəfindən altı yaraqlı mühasirəyə alınıb. Bu barədə Rusiyanın Çeçenistan üzrə DİN mətbuat xidmətinin nümayəndəsi bildirib. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə Ria Novostiyə bildirib ki, üç polis əməkdaşı qanunsuz silahlı birləşmənin iştirakçıları olan maşını saxlamaq istəyərkən həlak olublar. "İlkin məlumatlara görə, binada beş-altı döyüşçü mühasirəyə alınıb. Hazırda polislər onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər", - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib. Mətbuat evinin yaxınlığında atışma davam edir.

DİN-dən bildiriblər ki, vəziyyət hüquq mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır, yaraqlıların bütün mümkün geriyə çəkilmə yolları bağlanılıb.

Çeçenistan Muxtar Respublikasının Qroznı şəhər mərkəzində yaraqlılara qarşı əməliyyat keçirilib. Bu barədə muxtar respublikanın prezidenti Ramzan Kadırov məlumat verib. Onun sözlərinə görə, şəhər mərkəzində yerləşən mətbuat evində 20 dəqiqə davam edən əməliyyat zamanı 7 yaraqlı öldürülüb. Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyatda dinc sakinlərdən xəsarət alanın olmadığını ancaq polislərdən 4 nəfərin həyatını itirdiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər