9 Avqust 2022 12:03
3 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə əməkdaşlığı Türkiyəni təhdid edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib.

Ukrayna rəsmisinin iddiasına görə, Qərb hazırda Türkiyənin siyasətindən ciddi narazıdır.

“Əsas ittiham ondan ibarətdir ki, Türkiyə alyansın strateji düşməni adlandırılan Rusiya ilə xüsusi münasibətləri ilə NATO-nun birliyini pozur. NATO üzvü strateji düşmən olan dövlətlə bağlı konsensusu məhv edir. Bu, son dərəcə sədaqətsiz davranışdır”, - Arestoviç bildirib.

Ukrayna rəsmisi qeyd edib ki, Türkiyə hakimiyyəti NATO-ya münasibətdə “ülgüc kənarında yeriyir” və artıq bir çox ölkələr tədbir görülməsinin zəruriliyindən danışırlar:

“Burada sual ondan ibarətdir ki, NATO bunu cavabsız qoya bilərmi? Ola bilsin ki, bəzi pərdəarxası hadisələr baş verə bilər. Amma onlar NATO-nun birliyinə və nüfuzuna dəyər verirlərsə, bunu cavabsız qoya bilməzlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər