9 Avqust 2022 13:07
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar ölkəsinin cənub-şərq sərhədlərində təhlükəsizlik zolağının yaradılması üçün son bir halqanın qaldığını deyərək, yeni əməliyyat mesajı verib.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyənin yeganə məqsədinin sərhədləri və vətəndaşlarını qorumaq olduğunu, heç kimin torpağında gözünün olmadığını deyib.

“Yeni mübarizə üsulumuz terroru mənbəyində məhv etməkdir. Son terrorçunu zərərsizləşdirməkdə qərarlıyıq”, - Akar bildirib.

Nazir Rusiya və ABŞ-dan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini istəyib:

“Rusiya və ABŞ terrorçuların bölgədən çıxarılması ilə bağlı təminat veriblər, onlardan öz vədlərini yerinə yetirəcəklərini gözləyirik. Terror dəhlizinə icazə verməyəcəyik.

Əməliyyatlardan sonra görürük ki, terror təşkilatı dağılma prosesindədir və panika içərisindədir. Amma öz terrorçularına “gedin, nə edirsiniz-edin” deyirlər və hücumları təşviq edirlər.

Yeganə məqsədimiz sərhədlərimizi qorumaqdır. Kilisdəki məscidlərimiz bombalandı. Reyhanlıda şəhidlərimiz oldu. Əgər biz bu əməliyyatları həyata keçirməsəydik, qaçqınlarla bağlı daha böyük problemlər yaranardı.

Terrora son qoymaqda qərarlıyıq. Əməliyyat üçün son halqa qaldı. Əməliyyatlarımızın heç biri işğal əməliyyatı deyil. Terrorçular haradadırsa, hədəf oradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər