9 Avqust 2022 21:28
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada ənənəvi "öküz qaçışları" zamanı iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, ölənlərdən birini öküz vurub, digəri isə infarkt nəticəsində ölüb.

La Seka bələdiyyəsinin meri Qreqorio Bayon faciəvi hadisələrə görə festivalın vaxtından əvvəl başa çatacağını açıqlayıb.

"Bous al carrer" öküzlərlə bağlı bir ispan ənənəsidir və bu yürüş zamanı heyvanlar korridadan bir neçə saat əvvəl şəhərin küçələrinə buraxılır.Küçələr boyu yarış iştirakçılarının üstündən tullanıb təhlükəsiz yerə keçə bilməsi üçün xüsusi hasarlar quraşdırılır. Lakin vaxtaşırı iştirakçılar və ya tamaşaçılar arasında yaralanan və ya ölənlər olur.


Müəllif: Teleqraf.com