10 Avqust 2022 00:56
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Konqres üzvləri Çinin mənim Tayvana səfərimə olan reaksiyasından qorxmurlar".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

O, Çin Xalq Respublikasının sədri Si Cinpi “qorxaq xuliqan” adlandırıb.

“Düşünürəm ki, o, həssas vəziyyətdədir. Qorxaq xuliqan kimi davranır”, - Pelosi bildirib.

Qeyd edək ki, Pelosinin avqustun 2-də adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşib. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər