11 Avqust 2022 17:37
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko işğal olunmuş Krımı hərbi yolla azad edəcəyini deyib.

Teleqraf.com xəbər ki, general Krım körpüsünün partladılacağını və Ukraynanın səkkiz ildir Rusiyanın işğalı altında olan Krımı hərbi yolla azad edəcəyini söyləyib.

Marçenko “Ukrayna Krımı hərbi yolla işğaldan azad edə bilərmi” sualına belə cavab verib:

“Bəli. Krımı hərbi yolla azad edəcəyik. Heç kim bundan imtina etməyib. Krım Ukraynadır, bizim torpağımızdır, işğal altında orada yaşamağa məcbur olan insanlarımız var. Heç kim Rusiyaya başqa ölkəyə gəlib “bu torpaq mənimdir” demək haqqı verməyib. Xerson, Luqansk və Donetski geri alacağımız kimi Krımı da azad edəcəyik”.

General qeyd edib ki, Krımı işğaldan azad etmək üçün Rusiyanın Kerç boğazı üzərində qanunsuz inşa etdiyi körpü dağıdılmalıdır: “Bu, düşməni Rusiya ərazisindən ehtiyat təmin etmək və qoşunlarını gücləndirmək imkanından məhrum etmək üçün zəruri tədbirdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər