11 Avqust 2022 18:08
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya vətəndaşlarına turist vizasının verilməməsi ilə bağlı məsələ Avropa İttifaqına (Aİ) üzv ölkələrin yurisdiksiyasındadır.

Teleqraf.com xəbər verir ki, bunu Aİ Komissiyasının sözçüsü Anitta Hipper mətbuat konfransında Finlandiya və Estoniyanın təklifinə cavab olaraq deyib.

O bildirib ki, may ayında Aİ ölkələri ilə Rusiya arasında viza rejimini asanlaşdıran saziş qismən dayandırılıb:

“Üzv dövlətlərdən hər bir viza müraciətini öz yurisdiksiyaları daxilində nəzərdən keçirmələri tələb olunur. Aİ ölkələri dövlət siyasəti və ya daxili təhlükəsizlik səbəbi ilə viza verməkdən imtina edə bilər”.

Hipper Rusiya-Ukrayna müharibəsindən sonra bəzi Aİ ölkələrinin Rusiyadakı konsulluqlarının işçilərini deportasiya etdiyini xatırladıb: “Bu, Rusiya vətəndaşlarının viza üçün müraciət etmələrini çətinləşdirir. Bu da nəzərə alınmalıdır”.

Qeyd edək ki, İttifaqa üzv ölkələr Estoniya və Finlandiya Rusiya vətəndaşlarının Avropaya səyahətinə məhdudiyyət qoyulmasını tələb etmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər