15 Avqust 2022 22:38
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbi hava qüvvələrinin Suriyanın Tartus və Dəməşq vilayətlərinə zərbə endirməsi nəticəsində İran ordusunun zabiti ölüb.

Teleqraf.com xəbər verir ki, avqustun 14-də gecə saatlarında baş verən hava hücumu zamanı ümumilikdə 3 nəfərin öldüyü, 3-nün isə yaralandığı bildirilir.

Suriya İnsan Haqları Monitorinq Mərkəzi raket zərbələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi bazalara endirildiyini iddia edib.

İddiaya görə, hücum zamanı SEPAH-ın yüksək rütbəli zabiti öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu