18 Avqust 2022 00:44
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan yeni tədris ilindən birinci sinif şagirdlərinə rus və ingilis dillərinin tədrisini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov məlumat verib.

Aymaqambetov sentyabrın 1-dən məktəbliləri gözləyən bir sıra yenilikləri açıqlayıb.
Onun sözlərinə görə, xüsusi araşdırmaların nəticələri göstərib ki, birinci sinif şagirdləri üçün eyni vaxtda üç dili öyrənmək çətindir. Ona görə də dövlət dilində təhsil alan məktəblərdə dərslərin yalnız qazax dilində aparılması, rusdilli məktəblərdə isə qazax və rus dillərinin tədrisi qərara alınıb.

Üçüncü sinifdən ingilis dilinin öyrənilməsinə başlanılacaq.


Müəllif: Teleqraf.com