18 Avqust 2022 14:29
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda baş verən son partlayışlar hələ başlanğıcdır, bunların sayı daha çox olmalıdır, çünki işğal olunmuş yarımadada çoxlu hərbi obyektlər var.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Krımda daha iki böyük partlayış hadisəsi baş verməlidir. Bu hədəflərdən biri Sevastopolda “Kalibr” raketləri üçün nəzərdə tutulmuş anbardır. Buradan sualtı və döyüş gəmilərinə sursat və silah yükləyirlər. Digər hədəf isə Krım körpüsü olmalıdır. Niyə? Çünki bu, qoşunların təchizatı üçün əsas arteriyadır”, - hərbi ekspert bildirib.

Jdanov Ukrayna ordusunun Krımın azad edilməsi üçün əks-hücum əməliyyatına başlayacağını istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər