19 Avqust 2022 17:23
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç PKK terror təşkilatının 26 yaşlı üzvü Zinar Bozkurtu saxlayıb və tezliklə deportasiya edəcək.

Teleqraf.com xəbər verir ki, ETC qəzeti 26 yaşlı Bozkurtun deportasiyaya edilənədək nəzarətdə saxlanılacağını yazıb.

Bozkurtun 8 il əvvəl İsveç hökumətinə etdiyi sığınacaq müraciətinin 6 ay əvvəl rədd edildiyi də bildirilib.

Məlumatda İsveç Kəşfiyyat Təşkilatının (SEPO) Bozkurtu PKK terror təşkilatı ilə əlaqəsinə görə saxladığı və bu şəxsin ölkə üçün təhdid olaraq görüldüyü vurğulanıb.

Digər tərəfdən, İsveçin avqustun 11-də Türkiyənin fırıldaqçılıq ittihamı ilə “qırmızı bülleten”lə axtardığı Okan Kalenin də ekstradisiyasına qərar verdiyi açıqlanıb.

Qeyd edək ki, İsveç Türkiyə ilə imzaladığı anlaşma ilə bu ölkədəki YPG/PKK terrorçularını Ankaraya təhvil verəcəyinə dair üzərinə öhdəlik götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər