Mütəxəssislər və ekspertlər həmişə Rusiya Silahlı Qüvvələrinin raketlərinin sayını və bunların neçəsinin Ukraynaya hücumlar üçün kifayət edəcəyini müzakirə edirlər.
Teleqraf.com xəbər verir ki, ukraynalı hərbi ekspert Aleksandr Musiyenko da bu haqda danışıb.
Onun sözlərinə görə, rus ordusunun raketlərinin sayını dəqiq hesablamaq olduqca çətindir. Ekspert rusların sovet dövründən qalma raketlərinin olduğuna da diqqət çəkib.
“Demək olar ki, Rusiyada raketlərin yenilənməsi imkanları azalıb. Ya köhnə modelləri buraxmağa, ya da qalanları təmir etməyə və təkmilləşdirməyə diqqət yetirirlər”, - Musiyenko vurğulayıb.
Ekspert bildirib ki, S-300-lər indi hazırladıqları S-400 və ya S-500-lərdən daha ucuz başa gəlir:
“Mütəxəssislərin hesablamalarına görə, artıq Ukraynaya qarşı istifadə etdiyi sistemləri yeniləmək üçün Rusiyaya təxminən 100 milyard dollar lazımdır”.