20 Avqust 2022 13:47
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz donanmasının Krımın Sevastopol şəhrindəki qərargahı pilotsuz təyyarə ilə hücuma məruz qalıb, itki yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Sevastopol “qubernator”u Mixail Razvojayev məlumat verib.

“Donanmanın qərargahındayam. 25 dəqiqə əvvəl bir pilotsuz təyyarə qərargahın damına çırpıldı. Təəssüf ki, atıcı silahlarla onu vurmaq mümkün olmadı. Qurban yoxdur”, - Razvojayev deyib.

O qeyd edib ki, hazırda donanmanın qərargahına giriş dayandırılıb.

Sevastopol “qubernator”u sakinlərdən evlərində qalmalarını xahiş edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər