22 Avqust 2022 09:41
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynada çox ciddi problemlərlə üzləşib. Ruslar Ukraynanın şərqində taktiki uğurlar qazansalar da, bundan istifadə edə bilmirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW-ın iddiasına görə, Rusiya qüvvələri yeni əraziləri ələ keçirməkdə lazım olan sürəti bərpa etmək üçün hücum əməliyyatına kifayət qədər resurs ayıra bilməyəcəklər:

“Rusiya qoşunlarının Baxmut və Avdiyivka bölgələrindəki uğurlarından istifadə edə bilməməsi Rusiyanın fundamental hərbi problemlə üzləşdiyini göstərir. Ruslar taktiki uğurları hücum əməliyyatına çevirə bilmirlər”.

Amerikalı analitiklərə görə, Rusiya qoşunları Ukrayna ordusunun arxa cəbhəsində manevr etmək və ya qoşunların müdafiə xətlərinin önəmli hissələrini sıradan çıxarmaq üçün taktiki irəliləyişlərdən də istifadə edə bilmirlər. Buna görə də onlar daim Ukrayna müdafiə qüvvələrinə taktiki olaraq geri çəkilmək və yeni hücum əməliyyatlarını bərpa etmək imkanı verirlər.

“Bu amil Rusiyanın şərqə doğru irəliləməsinin hədsiz yavaş tempini göstərir. Vəziyyət gözlənilməz şəkildə inkişaf etməsə, rusların yaxın aylarda yeni mövqelər tuta bilməsi qəti şəkildə mümkün olmayacaq”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər