“İsrail və Türkiyə arasında qarşılıqlı səfir təyinatları yaxın vaxtlarda baş tutacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Qarşılıqlı səfir təyinatları yaxın günlərdə baş tutacaq. İndi fərman hazırlayırıq. Təkcə İsrail üçün deyil, qarşıdakı dövrdə qayıdacaq və onların yerinə təyin edəcəyimiz səfirlər var. Adları bəllidir, ilkin işlərimiz demək olar ki, yekunlaşıb”, - nazir vurğulayıb.