23 Avqust 2022 13:21
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Casuslar həmişə öz məzaraları üzərinə gül çələngləri qoyurlar. Darya Duqina sağdır, ölməyib. Partlayış isə saxtadır.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Onun sözlərinə görə, Duqinanın partlayan avromobilini avtopilot idarə edib, salonda yanıb kül olan o yox, cansız müqəvvadır:

“Əməliyyatı QRU, yəni ordu kəşfiyyatı həyata keçirib. Ssenari ilə “Dostların sirri” adlı serialdan da tanış ola bilərsiz. Bu film Darya Duqina qətlinin ssenarisi ilə eynidir: ata Aleksandr Duqin kimi QRU generalıdır, qızı kəşfiyyat məktəbində təhsil alır.

Casus olmağın isə vacib, oturuşmuş, pozulmaz şərti var - gərək əvvəlcə sonuncu kursda “öləsən”. Özü də gərək məhz “yanıb külə çevriləsən”, yəni izin qalmamalıdır. Elə cəsədin də. Bu atəşfəşanlıq özü də, məhz doğma atanın gözü önündə baş tutmalıdır. Bu Janna Dark taleyi operativ sənədlərdə “Feniks” rəmzi ilə işarələnir. Qəbrin qazılır, estetik əməliyyat, yeni şəxsiyyət sənədləri, yeni sifət, yeni bioqrafiya. Qısası, Darya Duqina da atası Duqin, babası kimi QRU generalı olacaq. İlk addım atıldı”.

Həmid Herisçi iddia edir ki, beş-on il sonra Darya atası ilə gəlib öz “məzar”ını ziyarət edəcək:

“Öz məzarı üstünə gül qoyacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər