Ukraynadakı rus hərbi qruplaşmalarının komandirləri birbaşa Rusiya prezidenti Vladimir Putinə tabedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında deyilir.
Qeyd olunur ki, bu yolla bu komandirlər komanda sistemində Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah rəisi Valeri Gerasimovdan yan keçir.
Bundan əlavə, ISW belə qənaətə gəlib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynaya genişmiqyaslı hücumunun ilkin mərhələsindən sonra Putinin etimadını itirib: "Şoyqunun qaçılmaz qələbə ilə bağlı vədlərinə baxmayaraq, uğursuzluğa düçar olub. Mənbələr iddia edirlər ki, indi Putin Şoyqudan yan keçərək Ukraynada “Mərkəzi” qoşun qruplaşmasına nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Surovıkinlə birbaşa əlaqə saxlayır”.