“Rusiya ilə Ukrayna arasında müqavilə imzalanacağı təqdirdə Krım yenidən Ukrayna ərazisinin bir hissəsinə çevrilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın CNN-ə müsahibəsində deyib.
“Krımın Rusiya tərəfindən ilhaqı qanunsuzdur və Türkiyənin bu məsələdə mövqeyi 2014-cü ildən bəri dəyişməyib. Krım Ukrayna ərazisinin bir hissəsidir. Rusiya ilə Ukrayna arasında bağlanacaq istənilən müqavilənin əsası bu olmalıdır”, - Türkiyə rəsmisi bildirib.
Eyni açıqlama ilə Kalından əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib. Onun sözlərinə görə, beynəlxalq hüquq bu ölkənin ayrılmaz hissəsi olan Krımın Ukraynaya qaytarılmasını diktə edir.