Cənubi Koreyaya məxsus “Orion-501” gəmisi Berinq dənizində qəzaya uğrayıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, 5000 tonluq gəminin batması nəticəsində ölənlərin sayı 25-ə çatıb, daha 28 nəfərin isə itkin düşdüyü bildirilir.
Rusiyanın uzaq şərq sahillərində batan gəminin qəzaya uğrama səbəbi məlum deyil.
Rəsmilər gəmidə Cənubi Koreya, İndoneziya və Filippindən olan təxminən 60 nəfərin olduğunu bildirirlər. Qəza zamanı 7 nəfərin xilas edildiyi qeyd edilir.
Samir