Bu gün Helsinkidə Türkiyə, İsveç və Finlandiya nümayəndə heyəti bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, rəsmi açıqlamaya görə, üç ölkə əməkdaşlığı artırmaq barədə razılığa gəlib, eyni zamanda Finlandiya və İsveç Türkiyə ilə tam həmrəylik nümayiş etdirəcək, milli təhlükəsizliyə qarşı təhdidlərə hərtərəfli dəstək verəcəklər.
İmzalanan üçtərəfli anlaşma memorandumu ilə Türkiyə bu ölkələrdə PKK, YPG və FETÖ üzvlərinin varlığı və fəaliyyətindən irəli gələn təhlükəsizlik narahatlıqlarını aradan qaldırmağı hədəfləyir.