28 Avqust 2022 19:12
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin birinci müavini Yelena Drapeko ölkəni tərk etmiş sənətçilərə geri qayıtmaq üçün şans verilməsini istəyib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Drapeko “səhv edənlərin” “səhvlərini düzəltmək” şansının olduğunu deyib.

Deputat hesab edir ki, rusiyalı rəssamlar xüsusi əməliyyat zonasına səfər etdikdən sonra mövqelərini dəyişə bilərlər.

“Xüsusi əməliyyat zonasına getsinlər, Ukraynadan olan qaçqınları öz gözləri ilə görsünlər və ola bilsin ki, bu, onların baş verənlərə münasibətini dəyişsin”, o deyib.

Daha əvvəl Yelena Drapeko bəyan etmişdi ki, Rusiyanı tərk edən sənətçilərə qarşı sanksiyalar tətbiq etməyə ehtiyac yoxdur, çünki onların “populyarlığı azalıb”.

Avqustun 27-də estrada müğənnisi Alla Puqaçovanın Rusiyaya qayıtdığı məlum olub . Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra o, İsrailə gedib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər