29 Avqust 2022 10:51
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası MAQATE komissiyasının Zaporojye atom elektrik stansiyası ilə bağlı işinə müdaxilə etməyə çalışır. Beynəlxalq müfəttişlərin gəlişini hər cür gecikdirməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araçdırmaları İnstitutu (ISW) bildirir.

“MAQATE rəhbəri Rafael Mariano Qrossa əsasən neytral ölkələrdən gələn 13 ekspertdən ibarət missiya toplayıb. Onlar gələn həftə Zaporojye AES-ə müşahidə üçün baş çəkəcəklər”, - məlumatda deyilir.

Qeyd olunur ki, Moskva artıq ABŞ və Böyük Britaniyadan olan ekspertlərin “ədalətsiz və qərəzli” olduqlarını bildirərək, missiyanın tərkibindən çıxarılmağa nail olub.

“Müfəttişlərin milliyyəti ilə manipulyasiya etmək və MAQATE təftişlərinin ədalətliliyinə zərbə vurmaq İranın uzun müddətdir ki, missiyalara müdaxiləni gizlətmək üçün istifadə etdiyi bir taktikadır”,- ISW analitikləri bildiriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər