Bu gün səhər saatlarında Xarkov, Xerson və Dnepropetrovsk vilayətlərində partlayışlar baş verib. Zərərçəkənlər barədə məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, Xerson yaxınlığında partlayış səsləri eşidilir, hərbi obyektə zərbə endirilib. Bundan başqa, Xarkov və Dnepropetrovsk vilayətində də partlayışlar qeydə alınıb.
Xarkov meri İqor Terexov Telegram kanalında şəhərdə partlayışların olduğunu təsdiqləyib. Onun sözlərinə görə, işğalçılar şəhəri mərmiləri ilə vurublar:
“Səhər saat altıdan Xarkovun Kiyevski rayonu atəşə tutulub. Tələfat barədə məlumat yoxdur”.