Rusiyalı politoloq Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda öldürülməsi ilə bağlı mətbuata açıqlama verib.
Teleqraf.com xəbər verir ki, sui-qəsdlə bağlı Rusiyanın 1-ci kanalında hazırlanmış sənədli filmə danışan Duqin iddia edildiyinin əksinə, əsl hədəfin özü olmadığını bildirib.
“Darya Duqina niyə öldürüldü” sualına cavabda Duqin deyib ki, sui-qəsddə heç bir səhvə yol verilməyib: “Hədəf qızım idi. Onu öldürmək üçün hər şeyi etdilər”.
Qızının Rusiya ilə bağlı siyasi fikirlərinə görə hədəfə alındığını qeyd edən Duqin əlavə edib ki, Darya güclü dövlət ideyasını müdafiə edirdi.
Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Duqin sui-qəsdin məsuliyyətinin Ukrayna üzərinə düşdüyünü bir daha vurğulayıb.