Baxmut və Avdeyev istiqamətlərində şiddətli döyüşlər davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı özünün Feysbuk səhifəsində məlumat yayıb:
“Düşmən Donetsk vilayətinin inzibati sərhədinə daxil olmaq cəhdlərini dayandırmır. Bu gün Baxmut və Avdeyev istiqamətlərində, Kodem, Zaytsevo, Peskov, Pervomaysk və Maryinka rayonlarında şiddətli döyüşlər davam edir”.
Baxmut istiqamətində Baxmut, Baxmutsk, Soledar, Yakovlevka, Zaytsevo, Mayorsk və Kodema yaxınlığında müxtəlif növ artilleriya atəşi qeydə alınıb.
“Düşmən Baxmut, Veselaya Dolyna və Zaytsevo istiqamətində hücum hərəkətləri ilə irəliləməyə çalışıb, buna nail olmayıb, geri çəkilib. Kodem yaşayış məntəqəsi üzərində nəzarəti bərqərar etməyə çalışır, döyüşlər davam edir”, - Baş Qərargah əlavə edib.
Bu arada Avdeyevsk istiqamətində düşmən Avdeevka, Opıtnı, Umanski, Pervomayski, Staromıxaylovka və Nyu-York yaxınlığında minaatanlardan, tanklardan, atıcı və raket artilleriyasından atəş açıb.
“Ruslar hücum hərəkətləri ilə Krasnoxorovka və Maryinka istiqamətlərində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, ənənəvi olaraq itki verərək geri çəkiliblər”, - xülasədə deyilir.
Slavyan istiqamətində düşmən bölmələri Dolina, Krasnopol, Boqorodiçnı və Vernopol yaxınlığında artilleriya və raket zərbələri sistemlərindən atəşə tutmağa davam edir. Düşmən təyyarələri Vernopol yaxınlığında vurulub.