31 Avqust 2022 14:22
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın sülh danışıqları ilə bağlı belə bir fikri var - nümayəndələri gəlib Ukraynanın tam təslim olması ilə bağlı ultimatum qoyur, Ukrayna tərəfi də bununla razılaşır. Kiyevinsə fərqli mövqeyi var: o, qarşılıqlı məqbul həll yollarının axtarılacağı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətin göstəriləcəyi dialoq aparmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, Rusiya yanaşmasını dəyişəndə, müharibədə qalib gələcəyi ilə bağlı fantaziyaları ilə yaşamağı dayandıranda danışıqlar üçün pəncərənin olub-olmayacağına baxacağıq.

İyulun sonunda Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya tərəfi ilə sülh danışıqlarının bərpası üçün heç bir əsas yoxdur.

Podolyaka görə, Rusiyanın reallıq hissi itib.


Müəllif: Nemət

Oxşar xəbərlər