Avropada rusiyalı turistlərə viza qadağası tətbiq edilməsini tələb edən Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyadakı lüks villasını ruslara kirayə verdiyi iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın “İl Tirreno” qəzeti məlumat yayıb.
Xəbərə görə, Ukrayna lideri avqust ayında Toskanadakı evini ruslara bir ay müddətinə kirayə verib. rusiyalı cütlüyün villada bir ay qalmaq üçün 50 min dollar ödədiyi iddia olunur.
Ukrayna prezidentinin evi ilə bağlı xəbərin Aİ liderlərini Rusiya vətəndaşlarına viza verməməyə çağırdığı bir vaxta təsadüf etməsi diqqət çəkib. Zelenski sahilyanı Forte dey Marmi şəhərindəki dəbdəbəli evi hələ aktyor olarkən 4 milyon avroya alıb.
İtaliyanın aparıcı qəzetlərindən olan “Corriere Della Serra”ya danışan daşınmaz əmlak agenti iddianı təkzib edərək, kirayəçilərin rus olmadığını, lakin şəxsi həyatlarının gizliliyi səbəbindən başqa açıqlama verə bilməyəcəyini bildirib. Hadisə şahidi cütlüyün rusca danışdığını deyib. Nəşr kirayənişinlərin böyük ehtimalla rus əsilli olduğunu, lakin onların İngiltərədə yaşadıqlarını və Britaniya vətəndaşı olduqlarını yazıb.