“Artsax” adlandırılan qurumun “müdafiə ordusunun” sabiq komandanı Mikael Arzumanyan həbs edilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Arzimanyanın vəkil Yerem Sarkisyan sosial şəbəkədə məlumat yayıb.
“Gözlənildiyi kimi, məhkəmə öz missiyasını yerinə yetirdi və Mixael Arzumanyanı həbs etdi. Tamaşa davam edir...” - o, yazıb.
Xatırladaq ki, avqustun 30-da Mikael Arzumanyanın Şuşa şəhəri və ətraf rayonların müdafiəsinin təşkilində səhlənkarlıq ittihamı ilə saxlanılması barədə məlumat yayılmışdı.
Separatçı general 44 günlük müharibənin son mərhələsində Azərbaycan ordusu tərəfindən vurulan Cəlal Arutyunyanı əvəz edərək separatçı qüvvələrin başında dayanıb. 2021-ci ilin sentyabrında vəzifədən azad edilib.